Milli Məclisin bu gün keçirilən islasında MSK-nın tərkibində boş qalmış yerlərə üzvlərin təsdiq edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Modern.az Milli Məclisdən xəbər verir ki, parlamentin vitse-spikeri Valeh Ələsgərov bitərəflərin namizəd kimi Arifə Muxtarovanın, deputat Qüdrət Həsənquliyev BAXCP adından Mikayıl Rəhimovun, millət vəkili İkram İsrafil isə Müsavat tərəfəindın Gülağa Aslanlının namizədliyini irəli sürüb.
Müzakirələrdən sonra səsvermə keçirilib. 93 nəfər lehinə, 1 nəfər bitərəf olmaqla Milli Məclis MSK-ya namizədləri təsdiq edib. Bir nəfər səsvermədə iştirak etməyib.
Seçki Məcəlləsinin 24-cü maddəsinə görə, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. MSK üzvlərini Milli Məclis seçir. Qurumun 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.
MSK-da 3 yer boş idi.
Modern.az