Modern.az

Nobel sülh mükafatını çinli dissident aldı

Nobel sülh mükafatını çinli dissident aldı

Təhsil

8 Oktyabr 2010, 14:32
Həbsdə olan çinli dissident Liyu Şiaobo 2010-cu il Nobel sülh mükafatına layiq görülüb. Norveç paytaxtı Osloda edilən elan bundan əvvəl etirazını bildirmiş Çini qəzəbləndirəcək.
BBC-nin məlumatına görə, elandan öncə Norveçin Nobel Komitəsinin sədri Torbyorn Caqland yerli telekanala söyləmişdi ki, seçimi müdafiə etməli olacağını dərk edir: "Adı eşidəndə niyəsini biləcəksiniz".

Cənab Caqland cümə axşamı deyib ki, hələ prosesin əvvəlində kimin qalib gələcəyi aydın olmağa başlamışdı.54 yaşlı Liyu ötən il 11 illik həbs cəzasına məhkum edilmişdi. O Nizamnamə 8 adlı sənədi yazaraq, çoxpartiyalı demokratiya və insan haqlarına hörmət edilməsinə çağırmaq üstündə cəzalandırılıb.

Ötən ay Çinin Xarici İşlər Nazirliyi xəbərdarlıq etmişdi ki, dissidentin bu mükafata layiq görülməsi Nobel prinsiplərinə zidd olacaq.
Digər namizədlər arasında Əfqanıstanda qadın haqları uğrunda mübariz Sima Samar, rusiyalı insan hüquqları fəalı Svetlana Qannuşkina, sabiq Almaniya kansleri Helmut Kol və Zimbabvenin hazırkı baş naziri Morqan Çangirayın adları da vardı.

Azərbaycanlı insan hüquqları uğrunda mübariz Məlahət Nəsibovanın da də adı 200-dən çox namizədin arasında idi.

Nobel komitəsi ötən il sülh mükafatını ziddiyyətli şəraitdə ABŞ prezidenti Barak Obamaya təqdim etməsini müdafiə etməli olmuşdu


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə