Deputatlığa namizədliyini 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürən Klassak Xalq Cəbhəsi Partiyası Ali Məclisnin sabiq sədri, Zəlimxan Məmmədlinin imzaları etibarlı sayılıb. DSK bu gün onu deputatlığa namizəd kimi qeydə alıb. Bu barədə Modern.az-a onun Z.Məmmədlinin seçki qərargahından məlumat verilib.
Z.Məmmədli hazırda KXCP-nin üzvü, “Borçalı” Cəmiyyətinin sədridir.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu 1992-93-cü illərdə Zəlimxan Məmmədli Xətai rayonu İcra Hakimiyyətinin başçısı olub.
Modern.az