Modern.az

Bazar ertəsi dövlət qulluğuna qəbul imtahanları başlayacaq

Bazar ertəsi dövlət qulluğuna qəbul imtahanları başlayacaq

Təhsil

8 Oktyabr 2010, 17:39

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2010-cu il sentyabrın 1-də elan edilmiş müsabiqənin test imtahanı mərhələsi oktyabrın 11-də başlayır.

Namizədlər təqdim edilmiş test imtahanı qrafikində dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər.
Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək. Test imtahanında iştirakla bağlı namizəd üçün zəruri olan məlumatlar, o cümlədən namizədin bir sıra hüquq və vəzifələri və qadağalar haqqında “Namizədin yaddaş vərəqəsi”ndən ətraflı tanış olmaq olar.
Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Test imtahanı” sistemi haqqında buradan ətraflı tanış olmaq olar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə