Modern.az

Ruslar 20 azərbaycanlı həkimə kurs keçəcəklər

Ruslar 20 azərbaycanlı həkimə kurs keçəcəklər

Təhsil

8 Oktyabr 2010, 18:13

Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən okyabrın 11-dən 29-dək Rusiyanın 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirəcək.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək kurslar şüa diaqnostikası məsələlərinə həsr olunub.
Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavimin cəlb ediləcəyi kurslar 1 saylı Respublika Klinik Xəstəxanasında həyata keçiriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə