Milli Məclisə keçirilən seçkilərdə tanınmış sənət adamlarının azlığı nəzərə çarpır. Amma bir neçə nəfər özünü marafonda sınamaq qərarına gəlib.
124 saylı Şuşa –Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə ANS-in “Qulp” verilişinin təkrarolunmaz “Aşıq Yedigar” obrazını yaradan Yadigar Muradov namizəd kimi qeydə alınıb. Şuşa Müsiqi Dram Teatrının direktoru olan Yadigar Muradov parlament seçkilərində bitərəf kimi qatılıb.
Xatırladaq ki, “Aşıq Yedigar” “Qulp”un proqramlarında Milli Məclislə bağlı səsləndirdiyi zarafatları və sarkazmları ilə tanınır.
Modern.az