Deputatlığa namizədliyini irəli sürənlərin qeydə alınması davam etdirilir. Oktyabrın 10-dək 125 seçki dairəsi üzrə 504 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, dairə seçki komissiyalarında 1438 nəfərin namizədliyi təsdiq edilib. Onlardan 1412-si imza vərəqi götürüb. 1115 nəfər imza vərəqlərini və zəruri olan digər sənədləri dairə seçki komissiyalarına təhvil verib. 7 nəfər isə namizədliyini geri götürüb.