Gürcüstanın Neft və Qaz korporasiyası Rusiyadan Ermənistana ixrac olunan təbii qazı kəsib. Modern.az-ın xarici informasiya agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Qazax - Saqyrama yolunda 1000 millimetrlik qaz borularında baş verən qəzanın aradan qaldırılmasıdır. Qeyd edək ki, xəbərdarlıq olunsa da, ermənilər daha 3 gün qazsız qalacaqlar.