Modern.az

Qırğızıstanda 5 partiya parlamentə düşə bilib

Qırğızıstanda 5 partiya parlamentə düşə bilib

11 Oktyabr 2010, 13:18

Qırğızıstanda dünən parlament seçkiləri keçirilib. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, səslərin bu saata qədər olan nəticələri açıqlanıb.  
Seçkilərin indiki nəticələri göstərir ki, Qırğızıstanda iqtidaryönlü sosial demokratlar və 4 digər partiya parlamentdə yer üçün tələb olunan 5 faizlik baryeri aşa bilib.  
Analitiklər deyib ki, heç bir partiya böyük fərqlə üstünlük göstərməyib, buna görə də onlar koalisiya höküməti yaratmaq üçün birləşməli olacaqlar.   29 partiya parlamentdə 120 yer üçün mübarizə aparır.

Hal-hazırkı nəticələrə görə, baş naziri seçmək üçün parlamentdə heç bir partiya kifayət qədər çoxluq əldə etməyib. Yeni yaranmış Ataməkan Partiyasının digərlərindən bir az üstünlüyü digər partiyaları təcübləndirib.

MDB müşahidə missiyası seçkilərin sakit və şəffaf keçməsi barədə bəyanat verib.  

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə