Bu günə qədər deputatlığa namizədlərin 1115 nəfəri imza vərəqələrini və digər zəruri sənədləri DSK-lara təhvil verib. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətindən məlumat verilib. Bu şəxlərdən 546 nəfərinin namizədliyi qeydə alınıb. Qeydə alınanlar arasında 22 siyasi partiyanın təmsilçiləri var. 163 nəfər namizədliyini geri götürüb.
MSK-da ölkə üzrə 1095 nəfər müşahidəçi qeydə alınıb. DSK-lardan 6062 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 3929 nəfərin namizədliyi partiyalar tərəfindən verilib.