Bu ilin noyabrında Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün Azərbaycanda fəaliyyət göstərən kommunist partiyalarının da nümayəndələri qatılıblar. 39 saylı Kəpəz (Gəncə) birinci seçki dairəsi üzrə Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov namizədliyi qeydə alınıb.
74 saylı Lənkəran kənd seçki dairəsindən isə Azərbaycan Kommunist Partiyası (Marksisit-Leninçi platformasında) sədri Telman Nurullayev deputatlığa namizəd kimi qeydə alınıb.
Rauf Qurbanov Azərbaycan Komunist Partiyasının sədridir. AKP-nin sədri Ramiz Əhmədov vəfat etdikdən sonra Rusiya Federasiyası Kommunist Partiyası sədrinin birinci müavini, general Yevgeniy Kopışevin iştirakı ilə keçirilən konfransda Rauf Qurbanov partiya sədri seçilib.
Bundan sonra bu partiyada parçalanma baş verib. Nəticədə bir qrup kommunist Rüstəm Şahsuvarov başda olmaqla ayrıca qurum yaradıblar. Bu partiya Rusiyanın kommunist partiyası ilə, onun rəhbəri G. Zuqanovla bir blokda təmsil olunurlar.
Rauf Qurbanovun 2000-ci ildə porporsional qaydada Milli Məclisə namizədliyi irəli sürülüb və mərhum Ramiz Əhmədovla birgə 2000-2005-ci illərdə deputat olublar.
Telman Nurullayev isə Azərbaycan Kommunist Partiyası (Marksisit-Leninçi platformasında) sədridir. Qeyd edək ki, Azərbaycanda kommunist partiyaları kiçik qruplar halında pərakəndə fəaliyyət göstəririlər.
Modern.az