Modern.az

Azərbaycan milli komandası azarkeşləri sevindirdi

Azərbaycan milli komandası azarkeşləri sevindirdi

Təhsil

12 Oktyabr 2010, 23:34

Oktyabrın 12-də Azərbaycan milli komandası futbol üzrə Avropa Çempionatı-2012-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb. Modern.az-ın məlumatına görə, ilk ev oyununda Azərbaycan millisi inamlı təsir bağışlayıb.

Qeyd edək ki, bu, komandamızın “ay-ulduzlular”la 6-cı qarşılaşmasıydı. Bu günədək iki qardaş ölkə yığması 3 dəfə yoldaşlıq, 2 dəfə isə rəsmi oyunlarda münasibətlərinə aydınlıq gətirmək imkanı qazanmışdılar. Bu matçlardan 4-də türkiyəlilər qələbə qazandığı halda, bir qarşılaşma da heç-heçə nəticələnmişdi. Yığmamız həmin oyunlardan yalnız birində “ay-ulduzlular”ın qapısına yol tapdığı halda, öz qapısından 8 top çıxarmışdı. Sonuncu dəfə Bakıda 2007-ci ildə Finlandiya ilə görüşdə qələbə qazanan (1:0) Azərbaycan millisi nəhayət azarkeşləri yenidən sevindirib.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda toplaşan minlərlə azərbaycanlı azarkeş komandamızın 1:0 hesablı qələbəsinə şahidlik edib. Yeganə qolu 39-cu dəqiqədə Rəşad Sadıqov vurub.

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov (k), 3. Saşa Yunisoğlu, 4. Elnur Allahverdiyev, 15. Ruslan Abuşov, 19. Rahid Əmirquliyev, 4. Mahir Şükürov, 17. Vüqar Nadirov, Vaqif Cavadov, 21. Fərid Quliyev Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 6. Rəşad Sadiqov, 8. Aleksandr Çertoqanov, 11. Rauf Əliyev, 13. Vurğun Hüseynov, 16. Cavid Hüseynov, 22. Araz Abdullayev. Baş məşqçi: Berti Foqts. TÜRKİYƏ: 1. Volkan Dəmirəl, 2. Sərvət Çətin, 3. Hakan Balta, 5. Əmrə Belözoğlu (k), 6. Hamit Altıntop, 7. Gökham Gönül, 9. Semih Şentürk, 10. Tuncay Şanlı, 14. Özər Hurmaçı, 18. Səlcuk İnan, 19. İbrahim Toraman. Ehtiyat oyunçular: 12. Hakan Arıkan, 4. Ömer Erdoğan, 8. Nihat Kahveçi, 17. Sercan Yıldırım, 20. Nuri Şahin, 21. Halil Altıntop, 22. Səbri Sarıoğlu. Baş məşqçi: Qus Hiddink.

Hakimlər: Aleksandru Dyakonu, Adrian Vidan, Radu Ginquleaç, Sebastyan Koltesku (hamısı Rumıniya). Hakim-inspektor: Con Varda (İralndiya) UEFA nümayəndəsi: Neboyşa İvkoviç (Serbiya)

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə