Milli Məclisin bu gün dövlət büdcəsinin müzakirəsi ilə bağlı keçirilən iclasında parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov xarici siyasətin həyata keçirilməsi üçün ayrılan 100 milyon manat pulun böyük məbləğ olduğunu və bunun yeni səfirliklərin açılması üçün sərf ediləcəyini deyib.
Onun sözlərinə görə, əvvələr diplomat kadrlarla bağlı problemlər yaşansa da, Diplomatiya Akademiyasının yaradılması problemin həllinə böyük kömək edib.
Komitə sədri həmçinin qeyd edib ki, bəzi böyük ölkələr digər dövlətlərdə olan səfirliklərinin sayını azaltmaq xətti götürüblər. S.Seyidov ABŞ-ın hazırkı siyasətində bunun konturlarının aydın göründüyünü deyib.
Modern.az