Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfərini başa çatdıraraq, Yevlax şəhərinə gedib. (AzərTAc).
Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki parkda Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev parkda aparılmış yenidənqurma və bərpa işləri haqqında məlumat verib.