Modern.az

Etibar Məmmədovun İngiltərə səfəri (fotolar)

Etibar Məmmədovun İngiltərə səfəri (fotolar)

Təhsil

14 Oktyabr 2010, 18:57

Böyük Britaniyada hakimiyyətdə olan Konservatorlar Partiyasının dəvəti ilə AMİP lideri Etibar Məmmədov və Siyasi Şura üzvü Məhərrəm Həsənovun bu ölkəyə etdikləri rəsmi səfərləri başa çatıb. AMİP lideri E. Məmmədov Konservatorlar partiyasının 3-5 oktyabrda Birmingem şəhərində keçirilən qurultayında iştirak edib.   

Modern.az
-ın AMİP-ə istinadla verdiyi məlumata görə, səfər çərçivəsində AMİP lideri E.Məmmədov Birləşmiş Krallığın Baş Naziri, Konservatorlar partiyasının lideri Devid Kameronla görüşüb. Görüşdə hər iki partiya lideri ölkələr arasında əlaqələrin genişləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi, regional təhlükəsizlik, eləcə də ölkəmizdə keçiriləcək seçkilər müzakirə edilib. Eyni zamanda liderlər iki müttəfiq partiya- Konservatorlar partiyası və AMİP arasında münasibətlərin dərinləşməsi, yeni əməkdaşlıq imkanları barədə də söhbətlər aparılıb. 

Böyük Britaniyanın Xarici İşlər Naziri Vilyan Heyqlə  AMİP liderinin görüşündə isə dünyada gedən demokratikləşmə prosesləri, insan hüquq və azadlıqları, eləcə də terrorla mübarizə əsas müzakirə predmeti olub.  Hər iki görüşlərdə tərəfləri maraqlandıran və narahat edən məsələrlə bağlı müzakirələr aparılıb. AMİP liderinin Böyük Britaniya səfəri nəticəsində bu ölkənin digər rəsmiləri ilə də görüşləri keçirilib. 
Xatırladaq ki, AMİP 1997-ci ildə dünyanın 70-ə yaxın dövlətinin, 90-dan çox sağ-mərkəzçi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının üzvüdür. AMİP lideri E. Məmmədov isə 2005-ci ildə isə bu nüfuzlu beynəlxalq qurumun sədr müavinidir.


 

 

 

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə