Modern.az

“Bığlı kişilər Assosiasiyası” yaradılıb

“Bığlı kişilər Assosiasiyası” yaradılıb

15 Oktyabr 2010, 14:10

Misirdə uzun və fərqli bığları ilə secilən, bir cox mükafatlar qazanan Fəthi Əhməd Mahmud adlı misir vətəndaşı “Bığlı kişilər Assosiasiyası” yaradıb. Moderin.az saytının ərəb mediasına istinadən verdiyi xəbərinə görə “Bığlı Fəthi”ləqəbi ilə tanınan əsl adı Fəthi Əhməd Mahmud olan  bu şəxs planını həyata kecirmək ücün 1987–ci ildən bəri calışır.
Uzun illər dərnəyi yaratmaq üçün lisenziya ala bilməyən Mahmud nəhayət ki, arzusuna çataraq, “bığsız kişi quyruqsuz eşşəyə bənzəyir” devizi altında dərnək qura bilib. Yarananda cəmi 24 üzvi olan dərnəyin qısa vaxt ərzində üzvlərinin sayı 200-ə catıb. Dərnəyə bığının uzunluğu ən azı 20 santimetir olanlar qəbul edilir.

Maraqlısı odur ki, dərnəyə üzv olanlar arasında siyasətci, mühəndis, vəkil, həkim və s. kimi müxtəlif peşə sahiblərinin nümayəndələri də var.

Fəthi Əhməd Mahmud 1985-ci ildə “Dünyanın ən qəribə bığı”, 1988-ci ildə “Dünyanın ən uzun bığı”, 1989-cu ildə isə “dünyanın ən maraqlı bığı ” mükafatlarına layiq görülüb. Mahmud bunlardan əlavə daha bir cox  milli və beynəlxalq mükafatların sahibidir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə