İndiyədək Azərbaycanda keçiriləcək 7 noyabr parlament seçkilərində iştirak etmək istəyən 712 nəfərin namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qrumun şənbə günü keçirilən iclasında bu barədə məlumat verib. MSK sədrinin sözlərinə görə, 332 nəfərin namizədliyi qeydə alınmayıb, 71 nəfər isə sənədlərinin Dairə Seçki komissiyalarında baxılmasından imtina edib.
İclasda daxil olan müraciətlərə də baxılıb. MSK- üzvləri bildiriblər ki, müraciətlər əsasən "AXCP-Musavat" siyasi partiyalar bloku, "Qarabağ" siyasi partiyalar bloku, Azərbaycan Milli İstiqlal Partiyası və müstəqil namizədlər tərəfindən daxil olub.
Müraciətlər əsasən namizədlərin qeydə alınmaması ilə bağlı olub.
Məsələn, MSK Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Arif Hacılının barəsində verilmiş 30 Suraxanı I Dairə Seçki Komissiyasının qərarını ləğv edib. A.Hacılının namizədliyi qeydə alınıb.
Müsavat Partiyası başqanının müavini, “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Qabil Hüseynlinin 95 saylı Tərtər Seçki Dairəsindən namizədliyinin qeydə alınması barədə müraciəti isə təmin olunmayıb.