Modern.az

«Veteran neftçilər bağı»nda «Bir daha Muradov Fuad!»

«Veteran neftçilər bağı»nda «Bir daha Muradov Fuad!»

16 Oktyabr 2010, 19:21

Sabail rayonu, 29 saylı seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradov oktyabrında 16-da seçicilərilə növbəti görüşlər keçirib. Namizədin Seçki qərargahından verilən məlumata görə, Səbaildəki "Veteran neftçilər bağı"nda baş tutan görüşdə insanların böyük fəallığı olub. Seçicilərin  əllərində Fuad Muradovun portretləri, şüarlar olub.
Deputatlığa namizəd Fuad Muradov bildirib ki, Azərbaycan kimi bir məmləkətdə yoxsul və ya işsiz insan olmamalıdır. Buna görə də hazırkı sosial müdafiə sisteminin hər bir azərbaycanlıya ən yüksək səviyyədə həyat şəraiti təmin edəcək səviyyəyə qaldırılması istiqamətində işləyəcək.
«
Heç bir azərbaycanlı öz dövlətində köçkün olmamalıdır. Azərbaycan torpağının bir zərrəsi belə düşmən tapdağında qalmamalıdır. Mən Azərbaycanın ərazi bütövlüyünün bərpasının  gələcək nəslə ötürülməməsi üçün var qüvvəmlə çalışacağam».

Seçicilərin sosial, iqtisadi, təhsil, səhiyyə sahəsində olan problemlərini Milli Məclisdə qaldırmaq və onların həlli üçün müxtəlif qurumlarda xalqın sözünü daim deyəcəyini diqqətə çatdıran Fuad Muradov ötən 5 ildə bir sıra məsələlərin həllini tapdığını, lakin gələcəkdə hələ görüləcək işlərin olduğunu bildirib.

«Bizi gözləyən, hələ də həllini tapmamış məsələlər var. Əgər bir daha mənə etimad göstərsəniz birlikdə qarşıda duran problemləri həll edəcəyik. Əlbəttə sizi Milli Məclisdə təmsil etməklə hər birinizin səsini lazımı yerlərə çatdıracağam»

Seçicilər Fuad Muradovu dəstəklədiklərini və bir daha ona səs verəcəklərini bildiriblər. Çıxış edənlər deyiblər ki, Fuad Muradovun sayəsində Səbail rayonu mühüm nailiyyətlər əldə edib.

Veteranlar adından çıxış edən Əli kişi bildirib ki, Qarabağ probleminin həlli istiqamətində işlər davam etdirilməlidir. Səbail rayon Qarabağ veteranları adından çıxış edən Ziyadxan müəllim qeyd edib ki, Fuad Muradov Azərbaycanın inkişafı üçün millət vəkili kimi öz vəzifələrini layiqincə yerinə yetirib və onu dəstəkləyirlər.
“Gələn 5 ildə F. Muradovun daha geniş fəaliyyət göstərəcəyinə əminik”.
Seçicilər yekdilliklə «Bir daha Muradov FUAD!» şüarı səsləndiriblər.

Seçki qərargahının mətbuat xidməti

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə