Modern.az

Deputatlığa namizədin görüşünə polislər gəlib...

Deputatlığa namizədin görüşünə polislər gəlib...

Təhsil

16 Oktyabr 2010, 19:37

33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd AXCP sədrinin müavini Fuad Qəhrəmanlının seçicilərlə məhəllə görüşlərinə rayon polisi imkan verməyib. Bu barədə onun seçki qərargahından Modern.az-a bildiriblər. Oktyabrın 16-da namizədin Neapol 11 ünvanda seçicilərlə görüşü təyin edilib. Amma polis əməkdaşları əraziyə gələrək, görüşə toplaşan seçiciləri zorla dağılmağa məcbur ediblər. Bu səbəbdən də görüş baş tutmayıb.

Bundan başqa, F.Qəhrəmanlının seçki qərargahının üzvləri Babək prospektində namizədlə seçicilərin 17 oktyabra nəzərdə tutulan məhəllə görüşü barədə elan yapışdırarkən polisin təzyiqinə məruz qalıblar. Qərargah üzvlərinə elanları yapışdırmağa imkan verilməyib. Onlara bildirilib ki, məhəllələrdə görüşlər keçirmək olmaz.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə