Modern.az

Türkiyədə erməni “mama Roza” saxlanılıb

Türkiyədə erməni “mama Roza” saxlanılıb

17 Oktyabr 2010, 15:28

Türkiyənin Trabzon şəhərində 18 nəfərdən ibarət cinayətkar dəstə həbs olunub. Dəstəyə Ermənistan vətəndaşı Qoar Kirakosyan başçılıq edirmiş. Həbs olunanların 1-i polis, 15-i Ermənistan və Gürcüstan vətəndaşlarıdır.

“Milliyət” qəzetinin yazdığına görə,  hələ 10 ay əvvəl polisə Ermənistan və Gürcüstandan qadınların Türkiyəyə gətirilərək fahişəliyə məcbur edildiyinə dair məlumat daxil olub. Polis sözügedən dəstənin izinə düşərək nəhayət onu zərəsizləşdirib.

Məlum olub ki, dəstənin başçısı 48 yaşlı erməni qadını  Qoar Kirakosyandır. O, bir türklə ailə qurandan sonra Türkiyə vətəndaşlığına qəbul edilib.

Ermənistanın özündə isə Q.Kirakosyan insan alverində təqsirləndirildiyindən axtarışa verilibmiş.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə