Modern.az

Fuad Muradov seçicilərilə görüşlərini davam etdirir

Fuad Muradov seçicilərilə görüşlərini davam etdirir

18 Oktyabr 2010, 18:36

29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov rayonda yerləşən Təbriz, Y.Mürsəlov və Y.Bədəlov küçələrində seçicilərlə görüş keçirib.

Seçicilərlə növbəti dəfə görüşməkdən məmnun olduğunu deyən Fuad Muradov bundan əvvəl də bir sıra görüşlər keçirdiklərini xatırladaraq bu görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb.
F.Muradov bu dəfəki görüşün isə qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlı olduğunu qeyd edib: «Noyabrın 7-də səsvermə günü siz yenə də istədiyiniz namizədi seçə bilərsiniz. Bu sizin hüququnuzdur. Kimə öz səsinizi versəniz O, sizi Milli Məclisdə təmsil edəcək. Bizim isə çalışdığımız ondan ibarətdir ki, sizin düzgün seçiminiz olsun. Mən 5 il əvvəl sizin dəstəyinizlə Milli Məclisin üzvü seçilmişəm. 5 il ərzində sizləri Azərbaycan parlamentində təmsil etməyimdən qürur duyuram. Hesab edirəm ki, sizin verdiyiniz səslər 5 il ərzində mənim fəaliyyətimin əsas ideyalarını və istiqamətlərini müəyyən edib. Ötən 5 il ərzində mənə göstərdiyiniz dəstəyi və etimadı doğrultmağa çalışmışam. İmkan daxilində 29-cu dairə ərazisində yaşayan sakinlərin qaldırdıqları problemlərin həll olunmasına çalışmışam. Bu problemlərin əksəriyyətini həll edə bilmişik. Bununla demək istəmirəm ki, bütün problemlər həllini tapıb. Amma səmimi şəkildə bildirmək istəyirəm ki, o məsələlər ki, bu ərazidə qaldırılıb və məndən kömək istənilib, imkanım daxilində bu məsələlərin hamısına kömək etməyə çalışmışam. Bu mənə göstərdiyiniz etimad qarşısında üzərimə götürdüyüm vəzifədir. Mən bunu kifayət qədər məsuliyyət hissi ilə dərk etmişəm. Əgər bu müddət ərzində məsələlərin həllinə kömək edə bilmişəmsə, bu mənim öz üzərimə götürdüyüm öhdəliyin yerinə yetirilməsi istiqamətində atdığım addım hesab oluna bilər. Milli Məclis qanunvericiliklə məşğul olsa da, millət vəkilləri kimi seçicilərə də diqqətlə yanaşmalıyıq. Qarşıdan gələn seçkilərdə də mənə etimad göstərsəniz, sizinlə bağlı olan problemlərin həll olunmasına bundan sonra da köməkliyimi göstərməyə çalışacam.»

Seçicilər ötən 5 il ərzində deputat Fuad Muradovun fəaliyyətindən razılıq edib. Onların sözlərinə görə, bu müddətdə millət vəkili insanların qayğısına qalıb: “Biz yenə də hörmətli Fuad müəllimi öz deputatımız görmək istəyirik. Çünki bizi Milli Məclisdə layiqincə təmsil edir.  Qarşıdan gələn parlament seçkilərinə gəlincə, yenə də deyirik ki, hörmətli Fuad Muradova səs verəcəyik”.

O da xüsusi olaraq qeyd edilib ki, Azərbaycanın firavan gələcəyi gənclərlə bağlıdır: “Ötən 5 il ərzində millət vəkili kimi Fuad Muradov seçicilərin etimadını layiqincə doğruldub. Ona görə, növbəti dəfə də onu deputatımız görmək istəyirik. Biz 29 saylı seçki dairəsinin bütün seçicilərinə müraciət edirik ki, hörmətli Fuad müəllimə səs versinlər”.





Seçki qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə