Modern.az

Deputatlığa namizədlərin sayı 730-a çatıb

Deputatlığa namizədlərin sayı 730-a çatıb

18 Oktyabr 2010, 23:49

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 1412 nəfər imza vərəqi götürüb. Onlardan 1115-i imza vərəqlərini və digər zəruri sənədləri DSK-lara təqdim edib, 297 nəfər imza vərəqlərini geri qaytarmayıb, 72 nəfər isə namizədlikdən imtina edib. DSK-lar 313 nəfərin namizədliyinin qeydə alınmasından imtina edib.
Oktyabrın 18-dək DSK-larda 730 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlardan 99-u qadındır. Namizədliyi qeydə alınanlardan 31-i namizədliyini geri götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə