Modern.az

"Bu dəfə seçiləcəyim təqdirdə həmin işləri davam etdirəcəm"

"Bu dəfə seçiləcəyim təqdirdə həmin işləri davam etdirəcəm"

Təhsil

21 Oktyabr 2010, 19:55

Oktyabrın 21-də 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov rayon ərazisində Ö.F. Nemanzadə 68, 72 və Elçin Əzizov küçələrinin sakinləri ilə görüş keçirdi. Əvvəlcə deputatlığa namizəd seçiciləri salamladı. Bildirdi ki, xalq özü müstəqil seçim etmək qabiliyyətinə malikdir.
Demokratik Azərbaycan uğrunda hamı birləşməli və dövlətimizin möhkəmlənməsinə, vətəndaşların rifahına səs verməlidir. Bu hər bir Azərbaycan vətəndaşının mənəvi haqqıdır. «Sizi ürəyinizin səsinə səs verməyə çağırıram. Mən 5 il öncə də bu dairədən namizədliyimi irəli sürdüm və xalq məni dəstəkləyib millət vəkili seçdi. Deputatlığım dövründə seçicilərimin etimadını doğrultmağa çalışmışam. Bu 5 il ərzində həyata keçirə bilmədiyim işlər də olub. Amma bu dəfə seçiləcəyim təqdirdə həmin işləri davam etdirəcəm".

Tədbirdə çıxış edən seçici Əhməd Qəmbərov Fuad Muradovun deputatlığı dövründə Səbail sakinlərinin etimadını doğruldub və yenidən seçkilərə qatılması seçicilərin istəyinə uyğun olub: "Biz artıq Fuad müəllimi tanıyırıq və onun nəyə qadir olduğuna bələdik. Gördüyü işlər bütün dairə seçicilərinin gözü qarşısındadır. Ona görə də ümid edirəm ki, bu dəfə də seçicilərimiz ona etimad göstərəcək və Fuad müəllim yenidən bizi parlamentdə müdafiə edəcək".

Digər seçici Gülsarə Məhərrəmova  isə bildirdi ki, Fuad Muradov deputatlığı dövründə daim seçiciləri ilə əlaqə saxlayıb, onların problemləri ilə maraqlanıb. Şəxsən mən dəfələrlə Fuad Muradovla Milli Məclisdə və digər yerlərdə görüşüb problemim barədə ona məlumat vermişəm. O, dərhal həmin problemin həllinə çalışıb. Bir sözlə Fuad Muradov bizim ən real namizədimizdir. İnanıram ki, seçicilərimiz yenidən ona səs verəcək və onu yenidən müdafiə edəcək".

Görüşün sonunda seçiciləri ilə söhbət edən Fuad Muradov qeyd etdi ki, millət vəkili vətəndaşlara, seçicilərə pul paylamalı, asfalt çəkməli  deyil. Deputat millətin səsini lazım olan orqanlara çatdırmalı, onların hüquqlarını qorumalıdır: "Namizəd küçələrə asfalt çəkmək üçün, yollar düzəltmək üçün deyil. Bunun üçün aidiyyəti qurumlar var. Dövlətimiz bu işlərə kifayət qədər xərclər ayırıb və həmin layihələr həyata keçirilir. Mən demirəm ki, sizə kömək edim gəlin mənə  səs verin. Millət vəkili millətini, xalqını, dövlətçiliyini müdafiə etməlidir. Ölkəmizin dünyada  möhkəmlənməsinə çalışmalıdır". 
      
Tədbirdən sonra Fuad Muradov rayon ərazisini gəzərək görüşdə iştirak edə bilməyən sakinlərlə də görüşdü və onların problemləri ilə maraqlandı.


Seçki qərargahı

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə