Modern.az

İctimai TV-nin şənbə efiri: Qənimət Zahid, Qızıl Balıq Zavodunun direktoru, baytar, “AZİNKO” şefi, Araz Əlizadə və digərləri….

İctimai TV-nin şənbə efiri: Qənimət Zahid, Qızıl Balıq Zavodunun direktoru, baytar, “AZİNKO” şefi, Araz Əlizadə və digərləri….

23 Oktyabr 2010, 10:18


İctimai Televiziyanın bu günkü efiri maraqlı namizədlər vəd edir. Bu gün 17 saylı Yasamal üçüncü, 37 Nizami birinci (Gəncə) 49 saylı Yevlax - Mingəçevir, 67 saylı Cəlilabad şəhər, 49 saylı Yevlax - Mingəçevir, 101 saylı Göygöl - Daşkəsən seçki dairələrinin namizədlər seçki vədləri verəcəklər.

Kifayət qədər ciddi mübarizənin gedəcəyi proqnozlaşdırılan 17 saylı Yasamal üçüncü seçki dairəsi ən böyük namizəd heyəti ilə tamaşaçıların görüşünə gələcək. Yasamal əhli 14 namizədi bir-bir dinləməlidir.  Bu dairədən iki işsiz qadın namizəd-Mehriban Abdullayeva, Güllər Bəhramova,  ASDP həmsədri Araz Əlizadə, hüquqşünas Elşad Həsənov, dinşünas Nəriman Qasımzadə,  millət vəkili Ülvi Quliyev, YAP-ın vahid namizədi Samirə Quliyeva, Liberal Partiyanın nümayəndəsi Elman Məmmədzadə, Milli Məclsin eksperti Elşən Musayev, ADP sədrinin müavini Həsrət Rüstəmov, müsavatçı dosent Nüşabə Sadıqlı, Şərabçılıq İnstitunun direktor müavini Ramiz Sadıqov və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid  4 dəqiqə ərzində fikirlərini açıqlayacaqlar. 

Daha sonra 37 saylı Nizami birinci seçki dairəsi üzrə namizədlər çıxış edəcək. Bu debatlarda deputat Aydın Abbasov, YAP-ın vahid namizədi Şahin Məmmədov, “Tərəqqi” Partiyasının sədri Çingiz Dəmiroğlu, əhalyə xidmət idarəsinin briqadiri Cəmşid Tağıyev və “AXCP-Müsavat”ın təqaüdçü namizədi Oqtay Zeynalov olacaq.

49 saylı Yevlax - Mingəçevir seçki dairəsini efirdə təqaüdçü Azər Hüseynov, millət vəkili Əli Hüseynov, “İslahat” blokunun işsiz namizədi Əmrah Mustafayev  və gənc  müəllimlər  Kamal Nuriyev və Eldəniz Tağıyev təmsil edəcək.

67 saylı Cəlilabad şəhər seçki dairəsinin namizədləri isə “AZİNKO” şirkətinin prezidenti Malik Həsənov (o həm də Kərəm Həsənovun qardaşıdı), baytar həkim İrzulla Məmmədov, sahibkar Fəxri Mirzəxanov və bitərəf müəllim Səxavət Vəliyev olacaq.

101 saylı Göygöl - Daşkəsən seçki dairəsi üzrə bitərəf Qalib Ələkbərov, “Su-Kanal” ASC-nin məsləhtçisi Cəfər Hacıyev, YAP-ın vahid namizədi, Qızıl Balıq Artırma Zavodunun direktoru İlham Məmmədov, millət vəkili Rövşən Rzayev çıxış edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə