Modern.az

Azərbaycanda yüksək çinli hərbiçilərlə bağlı yeni təyinatlar

Azərbaycanda yüksək çinli hərbiçilərlə bağlı yeni təyinatlar

23 Oktyabr 2010, 14:43

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin keçmiş rəisi birinci dərəcəli kapitan, tarix elmləri namizədi Nurulla Əliyev Azərbaycanın Çin Xalq Respublikasında hərbi attaşesi təyin olunub. Modern.az-ın məlumatına görə, bu barədə "MilAz" İA-ya hərbi mənbələrdən xəbər daxil olub. Məlumata görə, Azərbaycanın Çindəki hərbi attaşesi general-leytenant Yaşar Aydəmirov geri çağırılıb.      

Digər məlumata görə, Ali Hərbi Təyyarəçilik Məktəbinin keçmiş rəisi polkovnik Coşqun Ağamalıyev Müdafiə Nazirliyi sistemində yeni vəzifəyə təyin olunub.

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev agentliyin əməkdaşı ilə söhbətində hər iki məlumatı təsdiq edib. Lakin o, C.Ağamalıyevin Müdafiə Nazirliyi sistemində hansı vəzifəyə təyin olunmasına aydınlıq gətirməyib.

"Coşqun Ağamaliyev müvafiq vəzifəyə təyin olunub" deyə o bildirib.

Xatırladaq ki, N.Əliyev və C.Ağamalıyev bu ilin avqust ayının əvvəllərində vəzifələrindən çıxarılaraq müdafiə nazirinin sərəncamına göndərilmişdilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə