Modern.az

Abdulla Gül BMT-nin baş katibi ola bilər

Abdulla Gül BMT-nin baş katibi ola bilər

23 Oktyabr 2010, 15:03


İslam Konfransı Təşkilatının nümayəndəsi Məhəmməd Kalyoncu 2016-ci ildə BMT-nin baş katibi postuna keçiriləcək seçkilərdə Türkiyə prezidenti Abdulla Gülün namizədliyini irəli sürməyi təklif edib. Modern.az TRT-yə istinadən bildirir ki, bu barədə o, ABŞ-ın nufuzlu “Foreign Policy” jurnalına yazdığı məqaləsində bildirib.

Kalyoncu xatırladıb ki, bir qədər əvvəl “The New York Times” qəzeti son illər BMT-nin dünyada nufuzunun qalxamsını Türkiyənin siyasi təşəbbüsləri ilə bağlayıb.  İKT rəsmisi vurğulayıb ki, Abdulla Gülün namizədliyi bu posta yaxşı namizəd hesab edilir. Kalyonju qeyd edib ki, Gülün BMT-nin baş katibi seçiləcəyi təqdirdə bu beynəlxalq qurum  həlli tələb olunan məsələlərlə bağlı ciddi qərarlar qəbul edə bilər.

Qeyd edək ki, BMT-nin hazırkı baş katibi Pan Gi Munun səlahiyyət müəddəti 2016-ci ildə başa çatır.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə