Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Rusiya prezidenti Vladimir Medvedevin dəvəti ilə 27 oktyabrda Həştərxanda bir araya gələcək. Üçtərəfli görüş zamanı Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Astanadakı sammiti çərçivəsində ikitərəfli görüş keçirmələri barədə yekun qərar qəbul ediləcək. Bu barədə “panarmenian”a Ermənistanın Prezident Aparatının adını çəkilməsini istəməyən rəsmisi bildirib.