Modern.az

Ülvi Quliyev bu axşam İTV-də

Ülvi Quliyev bu axşam İTV-də

23 Oktyabr 2010, 15:02

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa bitərəf namizəd Ülvi Quliyev bu axşam İctimai Televiziyanın canlı efirində olacaq. Modern.az-ın məlumatına görə, Ü.Quliyev deputatlığa namizədlər üçün ayrılan 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə edəcək.

Qeyd edək ki, Ü.Quliyev artıq təbliğat-təşviqat kampaniyasına başlayıb və fərqli seçki texnologiyasından istifadə edir. O, daha çox hər bir seçici ilə fərdi görüşlərə üstünlük verir.

“Seçicilərlə fərdi ünsiyyət Qərb ölkələrində geniş yayılmış seçki texnologiyasıdır və “qapı-qapı” təbliğat metodu adlanır. Mən də belə qərara gəldim ki, seçicilərə çox əziyyət verməyim. Bununla yanaşı, qanunla nəzərdə tutulan yerlərdə də görüşlər təşkil olunur. Ancaq daha çox insanlarla fərdi görüşlərə üstünlük verirəm”-deyə namizəd bildidb.

Deputatlığa namizəd bildirib ki, fərdi görüşlər seçicilərin problemlərini ayrılıqda dinləmək, onlarla daha yaxından ünsiyyətdə olmaq imkanı verir.

Ülvi Quliyev 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Rus və ingilis dillərini bilir.

1988-ci ildən 1992-ci ilədək aptekdə provizor-analitik, baş provizor vəzifələrində işləmişdir. 1992-2002-ci illərdə “Loğman” aptekinin müdiri vəzifəsindəı çalışıb. 2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə şöbəsinin rəisi, 2005-ci ildə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışıb

2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Bitərəfdir. Evlidir, 2 övladı var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə