Modern.az

AMİP seçkilərlə bağlı bəyanat verdi...

AMİP seçkilərlə bağlı bəyanat verdi...

6 Noyabr 2010, 15:11

Milli İstiqalal Partiyası təbliğat-təşviqat mərhələsinin yekunu ilə bağlı bəyanat yayıb. Modern.az daxil olan bəyanatda bildirilir ki, 7 noyabr parlament seçkilərinin seçki kampaniyası dövründə normal seçki mühitinin olmaması, namizədlərə qeyri-bərabər şəraitin yaradılması, icra strukturlarının müdaxiləsi və s. kimi hallar yenə də açıq şəkildə özünü biruzə verib. “Namizədlərin öz təbliğatını qurması üçün kütləvi tədbirlərin keçirilməsinin, elektron KİV-lərə çıxışlarının məhdudlaşdırılması problem olaraq qalıb”.

Sənəddə qeyd olunur ki, eyni zamanda bir sıra seçki dairələrində inzibati resursların hakimiyyət namizədinin xeyrinə səfərbər edilməsi səsvermənin nəticələrinin obyektiv olacağını şübhə altına alır.

Azərbaycan Milli İstiqlal Partiyası bütün bunları nəzərə alaraq seçki prosesinin bu cür gedişindən narahatlığını bildirir və hakimiyyətdən belə hallara son qoyulmasını tələb edir.

Partiya hesab edir ki, Azərbaycanda milli həmrəyliyə nail olunması, çoxsaylı problemlərin aradan qaldırılması və demokratik inkişafa təkan verilməsi birbaşa parlament seçkilərinin ədalətli və şəffaf keçirilməsindən asılıdır.

AMİP ümid edir ki, hakimiyyət siyasi iradə sərgiləyərək dövlətimizin və millətimizin mənafeyi naminə demokratik, azad və şəffaf seçkilər keçirəcək.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə