Modern.az

Prezident şəhid zabiti “İgidliyə görə” medalı ilə təltif etdi

Prezident şəhid zabiti “İgidliyə görə” medalı ilə təltif etdi

7 Noyabr 2010, 16:55

Azərbaycan Respublikasının prezidenti  İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirlib ki, hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə baş leytenant Fərid Güloğlan oğlu Əhmədov “İgidliyə görə” medalı ilə təltif edilsin (ölümündən sonra).

Milli Ordunun zabiti Fərid Güloğlan oğlu Əhmədov 1986-ci il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub.
Fərid Əhmədov 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci  ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi  almaq üçün kurs keçib və istəyinə nail olub. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il sentyabrın  4-də baş verən şiddətli döyüşdə şəhid olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə