Modern.az

Altı müxalifət partiyası seçkiləri tanımadı....

Altı müxalifət partiyası seçkiləri tanımadı....

10 Noyabr 2010, 16:03

Azərbaycanın 6 siyasi partiyası 7 noyabr seçkiləri ilə bağlı bəyənat imzalayıb. Modern.az bəyanatı təqdim edir.

“7 noyabr 2010-cu il seçkisi azad, ədalətli, bərabər, şəffaf seçki olmadı. Həmçinin səsvermənin həqiqi nəticələri kobud şəkildə saxtalaşdırıldı. Bu səbəblərə görə hesab edirik ki, 7 noyabr seçkisinin rəsmən elan olunmuş nəticələri Azərbaycan xalqının iradəsini ifadə etmir. Bu seçkinin nəticələri tanına və bu seçki vasitəsilə formalaşdırılan parlament legitim sayıla bilməz. Yuxarıda göstərilənləri əsas tutaraq bu bəyanatı imzalayan siyasi partiyalar və birliklər 7 noyabr Milli Məclisə seçkilərin nəticələrini tanımadıqlarını bəyan edir və bu nəticələrin ləğv edilməsini və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər”.

Bəyanatı bu gün mətbuat konfransı keçirən Müsavat başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Xalq Partiyası adından Pənah Hüseyn, “ReAL” hərəkatının həmtəsisçisi İlqar Məmmədov imzalayıblar. Sənəd imza üçün açıqdır.

7 noyabr parlament seçkisinin ilkin rəsmi nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 72, bitərəf namizədlər 41 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi (3 mandat), Ana Vətən (2 mandat), Ümid (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi (1 mandat), Demokratik İslahatlar (1 mandat), Böyük Quruluş (1 mandat), Ədalət (1 mandat), Vətəndaş Birliyi (1 mandat) və Sosial Rifah (1 mandat) partiyaları qazanıb.

.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə