İrəvanda türk və Azərbaycan filmləri nümayiş olunur
Modern.az erməni internet resurslarına istinadən bildirir ki, bu gün İrəvanda “İrs” ictimai təşkilatının təşəbbüsü ilə Türkiyə və Azərbaycan filmlərinə baxış keçiriləcək. Təşkilatın məqsədi guya bu filmlrdə ermənilərə qarşı nifrət hissini yaradan təbliğat elementlərini ermənilərə göstərməkdir. Bu təşəbbüs çərçivəsində Türkiyədə çəkilmiş “120” bədii filmi və bir neçə Azərbaycan bədii filmi erməni tamaşaçılarına təqdim olunacaq. Ermənilərin baxacağı ekran əsərlərindən biri də mərhum kinorejissor Ceyhun Mirzəyevin çəkdiyi “Fəryad” filmidir.
Maraqlıdır, ermənilər öz vəhşiliklərini ekrandan seyr edərkən hansı hissləri keçirəcəklər? Axı bu filmlər sənədli materiallar əsasında çəkilib.