Mərkəzi Seçki Komissiyası (MSK) bu gün seçkisonrası növbəti iclasını keçirəcək. Modern.az-a daxil olan məumata görə, iclasda builki parlament seçkilərində pozuntu ilə müşayiət edilmiş bir neçə dairədə nəticələrin ləğvi məsələsi müzakirəyə çıxarılacaq və ona baxılacaq.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Modern.az saytına bildirib ki, qurumun bu gün keçirləcək iclasında daxil olan müraciətlər araşdırırılacaq. “Hansısa dairələrdə nəticələrin ləğv edilməsi ilə bağlı məndə heç bir məlumat yoxdur”-deyə A.Sariyev bildirib.
Modern.az