Modern.az

Tiflisdə Cənubi Qafqazdan olan qaçqınların qurultayı keçiriləcək

Tiflisdə Cənubi Qafqazdan olan qaçqınların qurultayı keçiriləcək

12 Noyabr 2010, 13:26

Azərbaycanlı qaçqınların nümayəndələri Gürcüstana gedir

Noyabrın 23-24-də Gürcüstanın paytaxtı Tiflisdə Osetiyadan, Abxaziyadan qaçın düşən gürcü qaçqınlarının qurultayı keçiriləcək. Azərbaycandan 150 nəfər  məcburi köçkün qurultaya qatılacaq. Bu barədə Modern.az-a QAT sədri Akif Nağı məlumat verib. Onun sözlərinə görə, ermənilər bu qurultaya dəvət edilməyib. Qurultayın təşəbbüs qrupu bildirib ki, Cənubi Qafqazda insanların yürd-yuvalarından didərgin düşmələrinə səbəb ermənilər olub və ona görə də onların qurultayda iştirakı arzu edilməyib.

Qurultayda beynəlxalq təşkilatın Gürcüstanda yerləşən nümayəndələri də qatılacaq.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə