Modern.az

MSK Sərdar Cəlaloğlu, Arzu Səmədbəyli ilə vidalaşdı....

MSK Sərdar Cəlaloğlu, Arzu Səmədbəyli ilə vidalaşdı....

12 Noyabr 2010, 18:43

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Modern.az-a MSK-dan verilən məlumata görə, 21 saylı Nəsimi I Seçki Dairəsinin namizədi Sərdar Cəlaloğlunun məntəqələrin fəaliyyətindən narazılığı ilə bağlı şikayətinə baxılıb. Komissiya  bu şikayəti əsassız sayıb.

MSK bu günkü iclasında həmçinin 63 saylı Sabirabad seçki dairəsindən namizəd olmuş Xalq Partiyasının sədri Qiyas Sadıqovun da şikayətinə baxılıb. Q. Sadıqovun şikayətində  DSK üzvlərinin seçkidən sonra iki gün ərzində yerlərində olmaması ilə bağlı şikayəti də əsassız sayılıb.

8 saylı Binəqədi birinci seçki dairəsindən Milli Məclisin sədri Oqtay Əsədovla üz-üzə gəlmiş Arzu Səmədbəylinin şikayəti yekun protokolu ilə bağlı olub. Keçmiş deputat DSK-nın iclasının yekun protokolunun ona verilməməsi ilə bağlı MSK-ya şikayət edib. MSK-da isə araşdırma aparılıb və bəlli olub ki, protokol namizədlərə verilib.
Arzu Səmədbəylinin müraciəti səsə qoyulub və qəbul edilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə