Modern.az

İranın Azərbaycandakı səfiri ABŞ-ı hədələdi: “İran bura biganə qala bilməz”

İranın Azərbaycandakı səfiri ABŞ-ı hədələdi: “İran bura biganə qala bilməz”

13 Noyabr 2010, 17:14

İran prezidenti Mahmud Əhmədnejadın Azərbaycana səfəri prezident İlham Əliyevin dəvəti ilə baş tutb.  Bu barədə İranın Azərbaycandakı səfiri Məhəmməbağır Bəhrami “İRNA” agentliyinə açıqlamasında bildirib. Səfirin sözlərinə görə, dəvət Xəzəryanı ölkələrin Bakıda keçirilən sammiti çərçivəsində iştirakı ilə bağlı edilib.

Bakıda keçirilən görüşlərin İran –Azərbaycan münaisibətlərində yeni mərhələ açacağını bildirən Bəhrami qeyd edib ki, bu səfər çərçivəsində bir sıra sənədlər imzalanacaq. “Bölgədə mövcud olan bir sıra mürəkkəb məsələlər bölgə ölkələrinin birgə səyi ilə həllini tapmalıdır. Başqa dövlətlər buna müdaxilə etməməlidirlər. Onlar bu məsələlərin həll olunmasını istəmirlər. Çünki bu məsələlərin həlli onların marağında deyil”-deyən səfir həmçinin vurğulayıb ki, Xəzərin statusu ilə bağlı məsələ də bölgə dövlətlərinin qarşılıqlı razılaşmaları ilə həll ediləcək.

Daha sonra İranın böyük dövlət olduğunu bildirən səfir bölgədə hər hansı bir təzyiq faktlarına yol verməyəcəklərini deyib. “İran bu regionun nufuzu ölkəsidir. Biz kənar dövlətlərin burada ədalətsiz davranmalarına qarşı biganə qala bilmərik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə