Modern.az

Türkmənistan prezidenti: “Xəzərin bölünməsini siyasiləşdirmək lazım deyil”

Türkmənistan prezidenti: “Xəzərin bölünməsini siyasiləşdirmək lazım deyil”

18 Noyabr 2010, 19:08

Türkmənistan hesab edir ki, neft-qaz resurslarının nəqli üçün Xəzər dənizi vasitəsi ilə kəmərlərin çəkilməsi tərəflərin razılığından sonra mümkün ola bilər. Bu barədə Xəzər sammitində çıxış edən prezident Qurbanqulu Berdıməhəmmədov bildirib.
“Türkmənistan qəti əmindir ki, kəmərlər vasitəsi ilə neft və qazın ötürülməsi yalnız tərəflərin razılığı ilə baş tuta bilər”-deyən prezident dənizin bölünməsi məsələsində də mövqeyini açıqlayıb.

Onun sözlərinə görə, Xəzərin bölünməsi beynəlxalq hüquq normaları əsasında olmalıdır. “Burda qeyd etmək istəyirəm ki, məsələni siyasiləşdirmək lazım deyil. Bu məsələ daha çöx hüquqi məsələdir”-deyə Q.Berdımühəmmədov deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə