Mərkəzi Seçki Komissiyası noyabrın 18-də növbəti iclasını keçirib. İclasda parlament seçkilərinin nəticələrindən şıkayətlərə baxılıb.
Öncə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən sabiq deputatlığa namizəd Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin həmin dairədə seçkinin nəticələrinin ləğvinə dair müraciət müzakirə olunub. Şıkayət təmin edilməyib. Ardınca MSK 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə də baxıb. Bu şikayət də təmin olunmayıb.
İclasda seçkilərin nəticələrinin ləğvi tələb olunan dairələr üzrə bəzi deputatlığa namizədlər də iştirak edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, növbəti günlərdə MSK-nın iclasları davam edəcək: “Bu iclaslarda ayrı-ayrı seçki dairələrində seçkinin nəticələrinin ləğvinə dair müraciətlərə baxılacaq. Müraciət edənlər də bilsin, kim istəyirsə, gəlib iclasda iştirak eləsin”.
Modern.az