Modern.az

Erməni əsgər qətlə yetirilib

Erməni əsgər qətlə yetirilib

19 Noyabr 2010, 12:07

Ermənistandakı hərbi hissələrdən birində növbəti insident baş verib. «Аykakan Jamanak” qəzetinin məlumatına görə, 23 yaşlı əsgər Robert Avetisyan hərbi hissədə qətlə yetirilib. Hadisə Ermənistanın Çambarak şəhərindəki hərbi hissədə qeydə alınıb.

Rəsmi mənbələr əsgərin noyabrın 18-də odlu silahdan açılan atəşlə öldürüldüyünü təsdiqləyib.  

«Аykakan Jamanak”ın məlumatına görə, hərbi hissədə əsgərlər arasında mübahisə baş verib. Sonra Avetisyan posta növbə çəkməyə gedib. Ardınca atəş səsi eşidilib. Məlumata görə Avetisyanı əsgər yoldaşlarından biri qətlə yetirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə