Modern.az

İlham Əliyev Portuqaliyaya gedib

İlham Əliyev Portuqaliyaya gedib

19 Noyabr 2010, 13:42

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun zirvə toplantısında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabona səfərə yola düşüb.
Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. 

Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək sammitə NATO dairələrində xüsusi əhəmiyyət verilir. Alyansın 28 üzvü yaxın 10-illiyə strateji konsepsiyanı təsdiqləməlidir.
Sammitin şənbə günü gündəliyinin başlıca məsələsi - Əfqanistandır. NATO 2014-cü ilə qədər Əfqanistanda döyüş əməliyyatlarını sona çatdırmaq və orada təhlükəsizliyə görə məsuliyyəti əfqan tərəfinə təhfil vermək istəyir.

BBC xəbər verir ki, Lissabonda təhlükəsizlik tədbirləri gücləndirilib. Gözlənildiyinə görə, dinc etirazçılar sammitə Prezident Obama, Devid Kameron, Həmid Karzay və digərləri gələcəkləri vaxt nümayiş keçirməyə hazırlaşırlar.
Dünya liderləri NATO-nun tarixində ən mühüm samitlərindən birinmə toplaşırlar. Alyans 21-ci əsrdə üzv ölkələrini yeni təhlükələrdən necə qoruyacağına nəzər salmaq istəyir.

Söhbət ballistik raketlərdən tutmuş kiber -hücümlara dək kimi təhlükələrdən gedir. NATO eləcə də Rusiyayla körpülər yaratmaq istəyir. NATO-nun əsas narahatlığı Əfqanistanla bağlıdır. Alyans bu problemi özü üçün ən çətin sınaq sayır. NATO tədricən Əfqanistanda təhlükəsizlik məsuliyyətini Əfqan qüvvələrinə ötürmək istəyir. Hərbi əməliyyatlara isə 2014-cü ilə dək son qoymaq düşünülür.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə