Modern.az

Erməni ordusunda qırğın...

Erməni ordusunda qırğın...

20 Noyabr 2010, 13:52

Ermənistan ordusunda növbəti ciddi insident baş verib. Ermənistanın “Armenia Today” saytının məlumatına görə, noyabrın 19-da gecə saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin cənub-qərbində, cəbhə bölgəsində yerləşmiş hərbi hissələrdən birində atışma olub. Atışma nəticəsində işğalçı orduda çoxlu ölən və yaralananların olduğu bildirlir.

Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi"nin mətbuat katibi Senor Asratyan insident nəticəsində ölən və yaralananların olduğunu təsdiqləsə də, onların sayı barədə məlumat verməyib.

Senor Asratyan medianın hadisənin təmas xəttində erməni hərbçiləri ilə azərbaycanlı hərbçilərin arasındakı olay ola biləcəyi barədə sualına konkret cavab verməyib: “Hazırda insidentin baş vermə səbəbi araşdırılır. Bundan başqa, heç nə deyə bilmərəm”.

Ermənistanın news.am portalının məlumatına görə, separatçı rejimin  "Müdafiə Ordusu"nun informasiya və təbliğat bölməsi isə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, noyabrın 19-u təqribən gecə yarısı, cəbhə xəttində, cənub istiqamətində yerləşmiş, müdafiə ordusu tərəfindən mühafizə olunan hərbi hissələrdən birində ölümlə nəticələnən fövqəladə hadisə baş verib. Ölən və yaralananlar var. Cinayət işi açılıb. istintaq gedir.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə