Alyansın rəhbəri deyib ki, münaqişənin həllində qurumun rolunu təsəvvür etmir
NATO Qarabağ münaqişəsinin həllində öz rolunu görmür. Modern.az “Rosbalt” Agentliyinə istinadən bildirir ki, bu barədə Lissabonda keçirdiyi mətbuat konfransında alyansın baş katibi Andres Foq Rasmussen bildirib. Onun sözlərinə görə, NATO-nin münaqişənin həlli ilə ilə bağlı heç bir planı yoxdur. “Hesab etmirəm ki, biz Qarabağda hər hansı bir rol oynaya bilərik”-deyə o vurğulayıb.