Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə çiskin olacağı, cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-12, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 21-22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı, noyabrın 22-də isə az yağış yağacağı, şərq küləyinin əsəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 3-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Modern.az