Modern.az

Bu gün Eynulla Fətullayevin məhkəməsidir

Bu gün Eynulla Fətullayevin məhkəməsidir

22 Noyabr 2010, 12:01

Bu gün Bakı Apelyasiya Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin narkotik saxlama ittihamı üzrə Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxır. Modern.az-ın məlumatına görə, proses hakim Mirpaşa Hüseynovun sədrliyi ilə olmalıdır.

E.Fətullayevin vəkili Elçin Sadıqov bildirib ki, baş redaktorun girov müqabilində həbsdən azad olunması barədə Bakı Apellyasiya Məhkəməsinə vəsatət veriblər.

Noyabrın 5-də şikayətə ilkin baxış zamanı prokuror Qaradağ məhkəməsinin E.Fətullayev barəsində azadlıqdan məhrumetmə hökmü çıxardığını, lakin həbs-qətimkan tədbiri seçmədiyini bildirib. O, məhkəmədən E.Fətullayevin barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarmasını xahiş edib. E.Fətullayev və vəkili buna etiraz etsə də, məhkəmə vəsatəti təmin edib, jurnalist barəsində həbs-qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə