Modern.az

DSMF sorğu keçirib

DSMF sorğu keçirib

22 Noyabr 2010, 12:24

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) intrernet saytında (www.sspf.gov.az) növbəti interaktiv sorğu keçirilib. Sorğu zamanı respondentlərə “Fərdi uçot sistemində qeydiyyata düşmək üçün nə etmək lazım olduğunu bilirsinizmi” sualı ünvanlanıb. Bu barədə Modern.az-a DSMF-dan məlumat verilib.
Məlumata görə, rəyi soruşulanların böyük əksəriyyəti 71,23 faizi fərdi uşot sistemində qeydiyyata düşmək üçün nə etmək lazım olduğunu bildirib. Sorğuda iştirak edənlərin 18,99 faizi suala “xeyr” cavabını verib. Respondentlərin 9,78 faizi isə ümumiyyətlə, bu barədə məlumatsız olduğunu vurğulayıb.           
Nəzərə çatdıraq ki, sığortaedən (işəğötürən) ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsini DSMF orqanları vasitəsilə rəsmiləşdirir. Bunun üçün sığortaedən işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra 1 ay ərzində sığortaolunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq etdikdən sonra sənədlər toplusunu siyahı ilə birlikdə DSMF orqanına təqdim etməlidir.
Ümumi qaydalara əsasən, ərizələr sığortaolunanlar tərəfindən doldurulmalıdır. Lakin ərizələr müəssisənin kadrlar şöbəsi və ya digər məsul şəxsləri tərəfindən də doldurula bilər.           
Bəzi hallarda işə düzəlmək istəyən şəxs əvvəlki iş yerindən sosial sığorta şəhadətnaməsini almadığıni bəyan edir. Belə olan halda, həmin şəxs sosial sığorta şəhadətnaməsini almaq üçün əvvəlki sığortaedənin uçotda olduğu DSMF-nin müvafiq rayon və şəhər şöbəsinə müraciət edə bilər.       
Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən işəgötürənlə işçi arasında əmək müqaviləsi tərtib olunarkən  işçi dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir. Bu o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanması zamanı son dərəcə diqqətli olmalıdırlar və “Əmək müqaviləsi” tərtib edilərkən işəgötürən tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin dəqiq göstərilməsinə çalışmalıdırlar. Çünki respublikamızda işləyənlərin sosial müdafiəsi məcburi sosial sığortalanması əsasında aparılır. Yəni təyin edilən sosial ödənişlərin miqdarı sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə