Modern.az

Məmməd Arazın qardaşı oğlu məhkəməyə verildi

Məmməd Arazın qardaşı oğlu məhkəməyə verildi

22 Noyabr 2010, 19:31

Nəsimi rayon məhkəməsində Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovun “Qarabağ” Seçki Blokunun 10 saylı Binəqədi seçki dairəsi üzrə vahid namizədi, Aydınlar Partiyası sədrinin birinci müavini, Demokratik Seçki Mərkəzinin sədri Qorxmaz İbrahimlinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb. Bu barədə Modern.az-a Q. İbrahimlinin seçki qərargahından məlumat verilib. Məhkəmə xüsusi araşdırma aparmadan şikayəti haqlı sayıb və baxılması üçün Yasamal rayon məhkəməsinə göndərib.

Seçki Qərargahı bəyan edir ki, “Bizim yol” qəzetində çıxan yazı jurnalistin məhsuludur və Qorxmaz İbrahimlidən mqsahibə alınmayıb. “Yazıdakı fikirlərə gəldikdə isə, bu sözlər seçicilərə görüşlərdə, mətbuata müsahibələrdə dəfələrlə səsləndirilib. Yəni istənilən jurnalist bu bu fikirləri yaymaqda azaddır. Deyəsən mətbuat azadlığı bəzi çevrələrdə hələ də dərk edilmir. Bu tezislər hamı konkret faktlara söykənir və havadan götürülməyib”-deyə bəyənatda deyilir.

Məhəkəmə qərarında göstərilir ki, seçki təbilgatı başlanan andan – yəni oktyabrın 15-dən yazı dərc olunan günə qədər, yəni 4 oktyabra qədər İ.Xəlilov Fransada xidməti ezamiyyətdə olub. Bununla razılaşmayan seçki qərargahı bildirir ki, oktyabr ayından 18-də İ.Xəlilovun birbaşa rəhbərliyi ilə kirayələnmiş və öncədən haqqı ödənilmiş ofisdən Q.İbrahimlinin seçki qərargahı təzyiqlə çıxarılıb.

“Oktyabrın sonuncu dekadasında Q.İbrahimlinin keçirtdiyi bütün görüşlərdə İ.Xəlilov şəxsən özü əraziyə gələrək seçiciləri namizədlə ünsiyyətdən yayındırmağa çalışıb, bəzilərini şəxsən hədələyib. Bunu təsdiq edən şahidlər, fotoşəkillər və videogörüntülər məhkəməyə təqdim ediləcək. Ola bilsin ki, təbliğat dövründə Xəlilov qısa müddətli ölkəni tərk edib. Ancaq 21 günlük təbliğat dövrünün əsas hissəsini Fransada yox, məhz Bilcəridə olması müzakirə predmeti olmamalıdır. Qorxmaz İbrahimli Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edənə qədər deputatlğa namizəd kimi toxunulmazlıq statusuna sahibdir və o heç bir halda həbs edilə bilməz”-deyə bəyanatda deyilir. 

Xatırladaq ki, bələdiyyə sədrinin şikayətinə səbəb “Bizim yol” qəzetinin 4 noyabr 2010-cu il tarixli sayında dərc edilmiş “Daşlaşmış “feodallar” tarixin arxivinə gedəcək” adlı müsahibədəki cümlələr olub.

Bu abzasda deyilir: “Bələdiyyə və icra strukturları dövlətin vəsaitini bu insanın təblığatına yönəldərək harasa yol çəkir, hardasa su borusu təmir etdirir, kiminsə evinin üstünü qırladır, kimlərəsə pul, paltar və ərzaq paylayır. Hektarlarla torpaq satışından harınlamış Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov bu gün insan “alqı-satqı”sı ilə məşğul olur.”

Bələdiyyə sədri iddia edir ki, bu müsahibə deputatlığa namizəd Qorxmaz İbrahimlidən alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə