Modern.az

Seçkilərdən narazı namizədlərin Forumu başlayıb: “Xalq parlamenti” müzakirə edilir

Seçkilərdən narazı namizədlərin Forumu başlayıb: “Xalq parlamenti” müzakirə edilir

23 Noyabr 2010, 12:42


Müsavat Partiyasının qərargahında parlament seçkisinin nəticələrini tanımayan namizədlərin ümumrespublika forumu başlayıb. Modern.az  bildirir ki, tədbirdə AXCP, Müsavat, AMİP, KXCP və seçkinin nəticələrindən narazı olan digər namizədlər iştirak edir. Hazırda keçmiş namizədlərin iştirakı ilə yekun bəyanatın mətni müzakirə edilir. Müzakirə ediləcək məsələlərdən biri də alternativ “xalq parlamenti”nin yaradılması olacaq.

Forumun təşəbbüsçüsü “AXCP-Müsavat” blokudur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə