Modern.az

İlham Əliyev “Azersell”in 3G problemini həll etdi...

İlham Əliyev “Azersell”in 3G problemini həll etdi...

23 Noyabr 2010, 18:56

Bu gün  Bakı Sərgi Mərkəzində “BakuTel-2010” 16-cı Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçirilib.  “İteca Caspian” LLC və Böyük Britaniyanın İTE Group PLC şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən sərgini ölkə başçısı İlham Əliyev də ziyarət edib.

Sərgi ilə yaxından tanış olan Prezident İlham Əliyev “Azercell”in stendinə baxarkən bu şirkətin çoxdan həlli üçün əlləşdiyi problemi yoluna qoyub. Modern.az-ın məlumatına bu barədə “Azersell” şirkətinin prezidenti Əli Ağan jurnalistlərə bildirib. O deyib ki, İlham Əliyev “Azersell”ə 3G xidməti üzrə lisenziyanın verilməsi üçün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova tapşırıq verib. “Azersell” bu il sərgidə 4G ilə yanaşı tam fərqli xidmət təqdim edib.

Qeyd edək ki, nazirlik bu xidmət üçün ilk lisenziyanı ötən il “Azerfon” şirkətinə verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə