Modern.az

"Baku Steel Company" şirkətində döyüş sursatları tapılıb

"Baku Steel Company" şirkətində döyüş sursatları tapılıb

24 Noyabr 2010, 17:35

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Nərimanov rayonunda "Baku Steel Company" şirkətinin poladəritmə zavodunun ərazisində döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan zavoda emal üçün gətirilmiş metal qırıntılarının arasında zavod əməkdaşları tərəfindən partlamamış döyüş sursatları aşkar olunub. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların 1 ədəd istifadə üçün yararlı "RQO" qəlpəli əl qumbarası, 4 ədəd "MUV-1" modernləşdirilmiş universal partlayıcı, 1 ədəd "SPQ-9" mərmisi və 14 ədəd 16mm fişəngin olduğu müəyyən edilib. Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Axtarış işləri nəticəsində qeyd olunan ərazidə digər partlayış təhlükəli döyüş sursatları aşkar edilməyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə