Modern.az

Prezident gələn il üçün ehtiyac meyarı və yaşayış minumumuna dair sərəncamlar verib

Prezident gələn il üçün ehtiyac meyarı və yaşayış minumumuna dair sərəncamlar verib

24 Noyabr 2010, 23:52

Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının həmin qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması təmin edilməsi və bu barədə Azərbaycan Prezidentinə məlumat verilməsi, həmçinin öz səlahiyyətləri daxilində qanundan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb. Milli Məclis tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Qanununa əsasən ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat miqdarında, iş qabiliyyəti olan əhali üçün - 102 manat miqdarında, təqaüdçülər üçün - 72 manat miqdarında, uşaqlar üçün - 76 manat miqdarında müəyyən edilib.

*** Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" Qanun da tətbiq ediləcək.

Sərəncama əsasən Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının həmin qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasının təmin edilməsi və bu barədə Azərbaycan Prezidentinə məlumat verilməsi, həmçinin öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb. Milli Məclis tərəfindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının müəyyən edilməsi üçün qəbul etdiyi "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna əsasən, ehtiyac meyarının həddi 75 manat miqdarında müəyyən edilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə